Modern.az

Qadın oğlunu cənnətə düşməsi üçün öldürdü

Qadın oğlunu cənnətə düşməsi üçün öldürdü

28 Mart 2016, 13:59


Çelyabinsk vilayətində ana 6 yaşlı oğlu cənnətə düşsün deyə onu amansızcasına öldürüb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, istintaq müəyyənləşdirib ki, martın 27-də Plastovski rayonunun Stepnoe kəndində 39 yaşlı yerli sakin bıçaqla öz oğlunun boyun nahiyəsinə çoxsaylı xəsarət yetirib.

6 yaşlı uşaq aldığı xəsarətlərdən keçinib.

“Qadının sözlərinə görə, gecə oğlunun cənnətə düşməsinin vacib olduğu ilə bağlı səs eşidib. Araşdırma zamanı müəyyən edilib ki, qadın marixuana qəbul edib”, - istintaq idarəsindən bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...