Modern.az

"Terror aktından hiddətlənirik"

"Terror aktından hiddətlənirik"

Təhsil

28 Mart 2016, 14:22

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Modern.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.

Biz dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...