Modern.az

5 yaşlı azərbaycanlı beynəlxalq turnirin qalibi oldu

5 yaşlı azərbaycanlı beynəlxalq turnirin qalibi oldu

Təhsil

28 Mart 2016, 18:41

5 yaşlı azərbaycanlı Mina Abbasova Budapeştdə keçirilən Beynəlxalq turnirin qalibi olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın Modern.az-a verdiyi məlumata görə, 5 yaşlı Azərbaycanlı Mina Abbasova Budapeştdə keçirilən Bədii gimnastika üzrə Bahar Beynəlxalq turnirinin qalibi olub.  

Turnirdə Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Bosniya- Hersoqovina, İzrail və başqa dövlətlərdən olan idmançılar iştirak edib.  

Məlumat üçün bildirək ki, 3 ay bundan öncə Mina Abbasova Budapeşt birinciliyinin 2-si olub.  

Qeyd edək ki, Mina Abbasova Budapeştdə yaşayan jurnalist- yazıçı Əzizə Lalayevanın övladıdır.  

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...