Modern.az

Prezident və xanımı Maqsud İbrahimbəyovun məzarını ziyarət etdi - FOTO

Prezident və xanımı Maqsud İbrahimbəyovun məzarını ziyarət etdi - FOTO

28 Mart 2016, 19:19


Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı verdilər.

Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq etdi.



   

Modern.az

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...