
Dünya bazarlarında neft 4-cü gündür ki, ucuzlaşmaqda davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikada yanacaq ehtiyatlarının həcminin açıqlanması fonunda Brent markalı neft London birjasında bu səhər 0,7% ucuzlaşaraq 1 barel üçün 39,98 dollar olub.Nyu-York birjasında isə WTI markalı neft 0,6% dəyər itirərək 39,14 dollara düşüb.
Fevarlın əvvəllərindən bəri neft 40% bahalaşsa da, ekspertlər “qara qızıl”ın davamlı olaraq bahalaşacağını gözləmirlər.
Aprel ayında Qətərin paytaxtı Dohada neft ölkələrinin hasilatın həcmi ilə bağlı növbəti iclas keçirəcəyi gözlənilir.
Vüqar İsmayılov