
Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad olunub. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənovun əmrilə polkovnik Yaqub Əhədov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Modern.az