
Rusiya prezideti Vladimir Putin məsləhətçisi Anton Ustinovu vəzifəsindən azad edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi səhifəsində məlumat yerləşdirilib.
Sərəncamda Ustinovun yeni işə keçməsi ilə bağlı vəzifəsindən çıxarıldığı qeyd olunub.
Rus mediası Putinin artıq keçmiş məsləhətçisinin Sberbank-da vitse-prezident vəzifəsinə gətiriləcəyini yazır.
Anton Ustinov 2012-ci ilin iyununda Putinin məsləhətçisi təyin olunmuşdu.
Vüqar İsmayılov