Modern.az

Prezident istefaya göndərildi

Prezident istefaya göndərildi

Təhsil

31 Mart 2016, 16:30


Vyetnam prezidenti Çonq Tan Şanq parlamentdəki səsvermənin nəticəsinə görə öz vəzifəsindən azad olunub. Modern.az xarici mediaya istinadən bildirir ki, 473 deputatdan 447-si bu qərarın lehinə səs verib.

Bu günlərdə Hanoyda keçirilən Milli Məclisin sessiyasında ölkənin icra hakimiyyətinin yeni tərkibi seçilir. Yaxın günlərdə yeni prezident və yeni baş nazirin seçilməsi ilə də bağlı parlamentdə səsvermə keçiriləcək.

Bu postları müvafiq olaraq general Çan Day Kuanq və baş nazirin indiki müavini Nquen Suanın tutacaqları gözlənilir. Onların hər ikisi Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvləridir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...