Modern.az

Əkrəm Əylisliyə cinayət işi açıldı

Əkrəm Əylisliyə cinayət işi açıldı

Təhsil

31 Mart 2016, 17:01


Yazıçı Əkrəm Əylisliyə qarşı xuliqanlığa (Cinayət Məcəlləsinin 221.1-ci maddəsi) görə cinayət işi açılıb. Bu haqda Turan-a yazıçının oğlu Nəcəf Naibov məlumat verib.

Əkrəm Əylisli Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.

Qeyd edək ki, dünən yazıçı Ə.Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Yazıçı axşam saatlarında sərbəst buraxılıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...