Modern.az

Diyarbəkirdə terror aktı -6 ölü, 23 yaralı, Video

 Diyarbəkirdə terror aktı -6 ölü, 23 yaralı, Video

Təhsil

31 Mart 2016, 20:34

 

Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində altı polis əməkdaşı həlak olub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfər yaralanıb. Belə ki, polis əməkdaşlarını daşıyan mikroavtobusun yaxınlığında  minalanmış avtomobil partladılıb. Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşlarından üçünün vəziyyəti ağırdır. Buna görə də ölənlərin sayının artacağı istisna edilmir. 

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun aprelin 1-də Diyarbəkirə səfəri planlaşdırılıb.   

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...