Sverdlovsk hüquq-mühafizə orqanları böyük criminal “yığıncaq” iştirakçılarının saxlanılması haqda rəsmi məlumat yayıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, operativ məlumata məlumata görə, martın 30-da axşam Yekaterinburqun Kosmonavtlar prospektindəki restoranda cinayətkar aləmin liderləri toplaşıb. Yığıncağın məqsədi Mərkəzi Ural ərazisində təsir dairəsinin bölüşdürlməsi ilə bağlı olub.
Məlumatda qeyd edilir ki, xüsusi əməliyyat zamanı həşişə oxşayan narkotikdən əlavə, 4 ədəd tapança (“Makarov” tipli olduğu güman edilir), eləcə də 14 bıçaq, taxta və rezin dəyənəklər, saxta spirtli içkilər aşkarlanaraq götürülüb.
Məlumatda xüsusi olaraqvurğulanır ki, guya bu “yığıncaq” diqqəti yayındırmaq üçün Azərbaycan vətəndaşı Ağayar Ağayevin yubileyi adı ilə keçirilib.
Restorana ümumilikdə 200 nəfərin gəldiyi, onlardan 167-sinin polisə aparıldığı bildirilir.
Yubileyi keçirilən Ağayevi təbrik üçün Penza, Perm, Çelyabinsk, Moskva və Xanta-Mansiyskidən gələnlər də olub.
Məlumata görə, mərasimdə iştirak edənlərdən biri içkili vəziyyətdə xüsusi təyinatlılara müqavimət göstərsə də, cəhdinin qarşısı alınıb. Polis bölmələrində saxlanılanların əvvvəllər törədilən cinayətlərlə bağlılıqları araşdırılır.





Modern.az