2015-ci ildə Rusiyadan 2 min milyonçu gedib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda “New World Wealth”ın məruzəsində qeyd edilir. Məruzə müəlliflərinin fikrincə, milyonçuların ölkədən getməsinin başlıca səbəbi narahatlıqdır.
Rusiya həmin siyahıda 6-cı sıradadır. Məruzədə qeyd edilir ki, 2 min milyonçunun getməsindən sonra Rusiyada ümumi milyonçuların sayı 2 faiz – 127 minə qədər azalıb.
Qeyd edək ki, ölkəsindən çıxıb gedənlərin imkanları 1 milyon və daha çox dollarla ölçülüb.
Milyonçuların ölkədən getməsinə görə birinci yerdə Fransadır. 2015-ci ildə bu ölkədən varidatı 1 milyon dollardan az olmayan 10 min adam gedib.
Beləliklə, Fransadakı milyonçuların sayı 3 faiz azalaraq 323-ə çatıb.
Bu mənfi reytinqdə ikinci sırada Çindir, oradan 9 min milyonçu gedib. Bununla belə, Çin itirdiyindən daha çox milyonçu “istehsal” edir.
Məruzədə qeyd edilir ki, ölkədə həyat səviyyəsinin yüksəlməsi milyonçuların geri qayıdışına səbəb ola bilər.
Üçüncü yerdə İtaliyadır. Ötən il bu ölkədə 6 min (2 faiz) milyonçu gedib.
Məruzə müəllifləri milyonçuların Fransadan baş götürüb getmələrinin səbəbini dini gərginliklə izah edir və yaxın 10 ildə belə adamların gedişinin daha da sürətlənəcəyi haqda xəbərdarlıq edirlər. onların fikrincə, dini səbəblər yaxın gələcəkdə Belçika, Almaniya, İsveç və Böyük Britaniyada da ciddi hiss olunacaq.
2015-ci ildə milyonçuların sayının artdığı ölkələr sırasında Avstraliya birincidir. Bu ölkəyə ötən il 8 min milyonçu gəlib, nəticədə onların sayı 290 minə çatıb. İkinci yerdə ABŞ-dır, bura 7 min milyonçu gəlib.
Məruzə müəlliflərinin hesablamalarına görə, hazırda bu ölkədə 4,18 milyon milyonçu var. Kanada üçüncü sıradadır və bu ölkəyə gələn milyonçuların sayı 5 min nəfər olub. Hazırda Kanadada 292 min milyonçu yaşayır.
Milyonçuların ən çox getdiyi şəhərlərə gəldikdə, Parisdir. Fransa paytaxtını 2015-ci ildə 7 min milyonçu tərk edib. Parisdən ayrılanların əksəriyyəti Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və İsrailə üz tutublar.
Milyonçuların axınına görə lider şəhər Sidneydir. 2015-ci ildə bura 4 min milyonçu gəlib.
Modern.az