Modern.az

Barak Obama: "Azərbaycan mühüm tərəfdaşdır”

Barak Obama: "Azərbaycan mühüm tərəfdaşdır”

2 Aprel 2016, 09:25


ABŞ prezidenti Barak Obama IV Nüvə Təhlükəsizliyi sammitinin yekununda Azərbaycanla tərəfdaşlıqdan danışıb.

"Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır".

Modern.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama IV Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə iştirak etmiş bir çox ölkələr kimi ümumi təhlükənin qarşısının alınması üçün artıq bir sıra addımlar atıb.

B.Obama bildirib: "Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilərlər və onlar sərhəd məntəqələrin nəzarəti sahəsində bizimlə birgə işləyiblər. Azərbaycan öz yerləşmə mövqeyinə görə bu prosesdə mühüm tərəfdaşdır".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...