Modern.az

“Uşaqların məktəbəhazırlıq səviyyəsi ilə bağlı xüsusi tədbirlər görülür”

“Uşaqların məktəbəhazırlıq səviyyəsi ilə bağlı xüsusi tədbirlər görülür”

Təhsil

2 Aprel 2016, 11:44

“Bağçalar təhsilin ilk pilləsi olmasından çox, dövlətin önəmli hesab etdiyi təhsil sahəsidir”. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov Modern.az-a açıqlamasında belə deyib. O qeyd edib ki, məktəbəqədər təhsil sistemində məktəbəhazırlıq vacib məsələlərdəndir.

““Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da məktəbəhazılrıq məsələlərinə xüsusi diqqət verilib. Uşaqların kütləvi şəkildə məktəbə hazırlığa cəlb edilməsi bir nömrəli vəzifələrdən biridir, bu istiqamətdə təşkilati işlər aparılır”.

A.Əhmədov qeyd edib ki, məktəbəhazırlıq prosesini keçib gələn uşaqlar ibtidai təhsil təliminə daha yaxşı öyrəşirlər.

“Onların psixoloji cəhətən dayanıqlılığı önəmlidir. Ümumiyyətlə, təhsilin keyfiyyətinin artırılmasına, uşaqların məktəb təliminə hazırlanmasında məktəbəqədər təhsilin axırıncı səviyyəsi olan məktəbəhazırlıq çox əhəmiyyətlidir. Hələ Sovet dönəmindən bağçadan gələn uşaqlarla evdən gələm uşaqlar arasında fərq olurdu. Bağçadan gələn uşaqlar məktəb təliminə daha hazırlıqlı olurlar. Bağçadan gələn uşaqlar müəyyən bacarıqlara yiyələnirlər ki, məktəb təlimində bu vərdişlər onlara çox yardımçı olur”.

Uşaqların məktəbəhazırlıq səviyyəsinin yüksəldilməsi üçün xüsusi tədbirlər görüldüyünü deyən şöbə müdiri vurğulayıb ki, çox gümanki növbəti dərs illərindən məktəbəhazırlıq səviyyəsi ilə əhatə olunmaq faizinin ciddi şəkildə artırılması təmin olunacaq.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...