Modern.az

Sarksiyan Qarabağdakı döyüş barədə təyyarədə məlumatlandırıldı

Sarksiyan Qarabağdakı döyüş barədə təyyarədə məlumatlandırıldı

Təhsil

2 Aprel 2016, 12:38


“Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-dan Ermənistan qayıdarkən təyyarədə Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsi barədə məlumatlandırılıb”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin rəhəbri Vladimir Akopyan məlumat verib.

Onun sözlərinə görə, yaxın saatlarda Sarkisyanın təyyarəsi Yerevanın Zvartnots aerportunda eniş edəcək.

Xatırladaq ki, cəbhə xəttində intensiv atışmalar davam edir.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...