Modern.az

Tərtərin icra başçısından AÇIQLAMA: "Panikaya əsas yoxdur”

Tərtərin icra başçısından AÇIQLAMA: "Panikaya əsas yoxdur”

2 Aprel 2016, 12:52


Tərtər rayon İcra Hakimiyyətinin başçısı cəbhədəki son gərginliklə bağlı danışıb.

Müstəqim Məmmədov “Qafqazinfo” açıqlamasında hazırda hər şeyin qaydasında olduğunu bildirib və bir nəfərin öldüyünü təsdiqləyib:

“Hər şey normaldır, panikaya əsas yoxdur”.

Qeyd edək ki, erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Qarağacı kəndinin bir sakini ölmüş, digəri isə xəstəxanaya aparılarkən yolda qəzaya düşərək dünyasını dəyişmişdi.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...