Modern.az

“Atışma dayandırılmalıdır”

“Atışma dayandırılmalıdır”

2 Aprel 2016, 15:09

Milli Məclisin  deputatı, “Dağlıq  Qarabağın Azərbaycanlı İcması”nın  İdarə  heyətinin üzvü  Rövşən  Rzayev Milli Məclisin mətbuat  xidmətinə  bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə erməni separatçı  qüvvələri  cəbhənin Tərtər  istiqamətində  növbəti dəfə  atəşkəsi  pozublar.

“Gecə saatlarından başlayaraq bu hal daha da intensivləşib. Ağır  texnikalardan, iri  çaplı silahlardan güclü  şəkildə istifadə olunması yerli əhali üçün gözlənilməz olub və böyük  təhlükə yaradıb. Dinc sakinlər  arasında ölən  və yaralananlar  var. 

ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam  etməsinə baxmayaraq, qarşı  tərəf  atəşkəs  rejiminin  tələblərinə  riayət  etmir. Azərbaycanın məsələnin ərazi  bütövlüyü çərçivəsində dinc  və ədalətli  yolla   həll edilməsi  cəhdlərinə əks  tərəf daim  təxribatlarla  cavab verir”.

Deputat bildirib ki, Ermənistanın  apardığı  işğalçılıq və təcavüzkar  siyasət  münaqişənin uzanmasına və daha  da  gərginləşməsinə  səbəb olur: “Ona  görə  də bu  atışmaların  dərhal  qarşısı  alınmalı, ATƏT-in Minsk  qrupu öz fəaliyyətini təcili  gücləndirməlidir.  Sülh danışıqları prosesi  davam  etdirilməlidir. Beynəlxalq  təşkilatlar məsələyə  münasibət  bildirməli, atəşkəs  bərpa  olunmalıdır. Əks  halda  münaqişənin  daha  aktiv  fazaya  keçməsi üçün  şərait  yarana bilər  və  münaqişə  regionda daha  ağır  nəticələrə səbəb olar. Bunun isə  məsuliyyəti  Ermənistan  rəhbərliyinin üzərinə  düşür”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...