Modern.az

Minsk qrupunun həmsədrləri QARABAĞ bəyanatı yaydılar

Minsk qrupunun həmsədrləri QARABAĞ bəyanatı yaydılar

Təhsil

2 Aprel 2016, 17:21

ATƏT-in Minsk qrupunun həmsədrləri – Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andre (Fransa) cəbhə xəttində baş verən insidentləri kəskin pisləyiblər.

 Modern.az xəbər verir ki, həmsədrlər birgə bəyanatda zorakılığın dərhal dayandırılmasını istəyib.

“Biz güc tətbiqini pisləyirik və mülki insanlar da daxil olmaqla, insan ölümlərinə təəssüf edirik. Həmsədrlər atəşi dayandırmağı və situasiyanın stabilləşdirilməsi üçün tədbirlərin görülməsinə çağırır. Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və müharibə konfliktin həlli üçün yol ola bilməz”.

Xatırlıadaq ki, cəbhə xətrtində ötən gecədən bəri baş verən toqquşmalar zamanı Azərbaycan ordusu 12 hərbi qulluqçusunu itirib, düşmən 100-dən çox itki verib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...