Modern.az

ABŞ səfirliyindən terror xəbərdarlığı: “Bu 19 şəhərə getməyin” - SİYAHI

ABŞ səfirliyindən terror xəbərdarlığı: “Bu 19 şəhərə getməyin” - SİYAHI

Təhsil

2 Aprel 2016, 18:28


ABŞ-ın Türkiyədəki səfirliyi öz vətəndaşlarına Türkiyənin 19 şəhərinə səfər etməmək barədə xəbərdarlıq edib.

Modern.az saytı xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, ABŞ Türkiyədəki vətəndaşlarının Suriya sərhəd zonasından və ölkənin cənub-şərq rayonlarından xüsusilə uzaq durmasını istəyib.

Məlumata görə, səfirlik ABŞ vətəndaşlarını və diplomatik sahədə çalışanları Türkiyənin Hatay, Kilis, Qaziantep, Şanlıurfa, Şırnak, Diyarbəkir, Van, Siirt, Muş, Mardin, Batman, Bingöl, Tunceli, Hakkari, Bitlis, Elazığ, Adana, İzmir və Muğla bölgələrinə səfər etməməyə çağırıb.

Bu xəbərdarlıq ABŞ vətəndaşlarının terrora məruz qala biləcəyi ehtimalı ilə əsaslandırılıb.

Məlumatda ABŞ vətəndaşlarına bu çağırışı mövcud terror təhdidi riskinin atması ilə əsaslandırıb və bunun qarşısında diqqətli olmalarını tövsiyə edib.

Qeyd edək ki, ABŞ səfirliyi daha əvvəl Türkiyənin 3 şəhəri üçün də xəbərdarlıq etmişdi.

Yeni xəbərdarlıqla bu siyahıya 16 şəhərin adının daxil edilməsi ilə Türkiyənin təhlükəli şəhərlərinin sayı 19-a çatıb.

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...