
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabilləşib. Modern.az saytı xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Trend-ə bildirib ki, cəbhə xəttində vəziyyət stabilləşib, atışma hələlik dayanıb.
Onun sözlərinə görə, cəbhədə əməliyyat şəraitinə tam nəzarət olunur.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində düşmən susdurulub.Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Modern.az