Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alarkən şiddətli döyüşlərdə şəhid olan Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusundan biri Cəbrayıl rayonu Veysəlli kəndindən məcburi köçkün Ruhin Qəhrəmanovdur.
Şəhidin valideynləri Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində məskunlaşıblar.
Modern.az-ın məlumatına görə, R.Qəhrəmanov cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidin cənazəsi bu axşam ailəsinə verilib, o, sabah Biləsuvardakı məcburi köçkün qəbiristanlığında sabah dəfn olunacaq.


A.Qorxmaz