Modern.az

Erməni gülləsindən daha iki mülki şəxs yaralanıb

 Erməni gülləsindən daha iki mülki şəxs yaralanıb

Təhsil

3 Aprel 2016, 00:10

 

Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.  Modern.az saytı APA-ya istinadən xəbər verir ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.

Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü  Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Xəstəxanadan yaralıların daxil olması faktı təsdiqlənib.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...