Modern.az

İranın müdafiə naziri Zakir Həsənova yardım təklif etdi

İranın müdafiə naziri Zakir Həsənova yardım təklif etdi

Təhsil

3 Aprel 2016, 16:48

Aprelin 3-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Danışıqlar zamanı, H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.

O, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

Nazir İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.

Aqşin Kərimov

   
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...