Modern.az

Əsgərlərini xilas edən şəhid komandir dəfn edilib - FOTOLAR

Əsgərlərini xilas edən şəhid komandir dəfn edilib - FOTOLAR

Təhsil

3 Aprel 2016, 17:16


Aprelin 2-də Cəbrayıl rayonu ərazisindəki Lələ təpə yüksəkliyi uğrunda döyüşdə şəhid olan H saylı hərbi hissənin nizami hissə rəisi, mayor Elnur Əliyev bu gün torpağa tapşırılıb.

E.Əliyev Füzuli rayonundandır... O, Füzulinin işğal olunmayaın ərazisindəki məzarlıqda dəfn edilib.

Modern.az saytının məlumatına görə, zabitin döyüş yoldaşları danışır ki, əlində avtomat yüksəkliyə əsgərləri ilə bərabər hücum edən Elnur Əliyev öz bədəni ilə düşmənin atdığı qumbaranın üstünü örtərək, özünün şəhidliyi hesabına əsgərlərini xilas edib.

Allah rəhmət eləsin...



A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...