Ermənistana məxsus pilotsuz uçan aparat Silahlı Qüvvələrimiz tərəfindən vurulub. Modern.az saytı ANS TV-yə istinadən xəbər verir ki, uçan aparat cəbhənin ötən gün erməni silahlılarından azad edilmiş "Lələtəpə" yüksəkliyi üzərindən hərəkət edən zaman silahli qüvvələrimiz tərəfindən məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Silahlı Bölmələrinin Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı məhv etməsi faktını təsdiqləyiblər.
Modern.az