Modern.az

Məhv edilən erməni hərbçilərinin adları AÇIQLANACAQ

 Məhv edilən erməni hərbçilərinin adları  AÇIQLANACAQ

4 Aprel 2016, 00:01

 

Aprelin 2-də Dağlıq Qarabağda çox sayda erməni hərbçisi məhv edilib.  Ermənistan prezidenti  Serj Sərkisyan elə həmin gün 18 hərbçinin öldüyünü, 35-ə qədərinin yaralandığını etiraf etdi. Ancaq düşmənin itkilərinin açıqlanandan qat-qat çox olduğu şübhəsizdir. 

Ermənistan tərəfinin indiyədək boynuna aldığı ölü hərbçilərin adlarını açıqlamaması isə real itkinin gizlədilməsinə cəhd kimi dəyərləndirilir. Həmin hərbçilərin adları nə zaman açıqlanacaq?

Modern.az bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artspun Ovannisyan Qarabağda məhv edilən hərbçilərin adlarının yaxın müddətdə açıqlayacaqlarını deyib. 

Onun sözlərinə görə, bu gün axşam onlara bəzi məlumatlar daxil olmalı, bundan sonra isə açıqlama verilməlidir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...