Modern.az

Hazırda təklif olunan razılaşma yaxşı deyil

Hazırda təklif olunan razılaşma yaxşı deyil

23 Noyabr 2024, 19:52

Sərfəli olmayan razılaşmadansa, razılaşmanın olmaması daha yaxşıdır. Hazırda təklif olunan razılaşma yaxşı deyil. Buna görə də az inkişaf etmiş dövlətlər və kiçik ada dövlətləri iclası tərk etdilər.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “ActionAid International Foundation” nümayəndəsi Brandon Vu deyib.

 

"Mən də qeyd etmək istəyirəm ki, bu, təkcə orada qeyd olunan məbləğin az olmasına görə deyildi. Həmçinin mətn inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərmək öhdəliyindən azad edir. Bu iclasda yalnız Avropa İttifaqı çıxış edərək, Yaponiya ilə birlikdə bu mətnlə razılaşdığını bildirdi”, - deyə B.Vu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyevin DƏHŞƏTLİ CİNAYƏTİ - Şok detallar üzə çıxdı