Modern.az

Dünya azərbaycanlıları Türkiyənin yanındadır

Dünya azərbaycanlıları Türkiyənin yanındadır

Diaspor

13 Fevral 2023, 18:20

Türkiyənin cənubunda baş vermiş dağıdıcı zəlzələdən sonra dünya azərbaycanlıları qardaş ölkəyə yardım üçün səfərbər olublar.

 

Modern.az "aze-media"ya istinadən xəbər verir ki, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Almaniya, İsveç, Macarıstan, Niderland, Polşa, Estoniya, Ukrayna, Gürcüstan, Yunanıstan, Rusiya, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə zəlzələ qurbanlarının ailələrinə başsağlığı verməklə yanaşı, qardaş ölkəyə maddi-mənəvi dəstək göstərir.


“Səninləyik, Türkiyə!” şüarı ilə keçirilən yardım kampaniyasına qoşulan soydaşlarımız Türkiyə səfirliklərinin və yardım fondlarının hesablarına pul köçürür, təbii fəlakət zonasına qida, paltar, yataq dəsti, tibbi ləvazimat və gigiyena vasitələrindən ibarət humanitar yardımlar göndərirlər.

 

Dünya azərbaycanlıları güclü Türkiyə dövləti və xalqının bu dağıdıcı təbii fəlakətin nəticələrini tezliklə aradan qaldıracağına əmindirlər.

Bu xəbər ilə bağlı
Dünya azərbaycanlıları Türkiyə üçün səfərbər olub - Hamı yardıma tələsir
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!