Modern.az

Ermənistan Metsamor AES-in rəhbərliyini cinayətkar ELAN ETDİ

Ermənistan Metsamor AES-in rəhbərliyini cinayətkar ELAN ETDİ

14 İyul 2016, 17:14

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı araşdırma aparıb. İstintaq AES üçün satınalmaların təşkili zamanı aşkarlanmış sui-istifadə faktlarını araşdırıb.

Modern.az
-ın xəbərinə görə, bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar.

İstintaq zamanı "Metsamor" AES-in baş direktoru Q.Markosyan, kommersiya direktoru R.Movssesyan, baş direktorunun maliyyə və iqtisadiyyat üzrə müavini M.Movsisyan və təmir şöbəsinin rəisi E.Kazaryanın cinayətkar qruplaşma yaratdıqları müəyyən edilib.

Məlum olub ki, dəstəüzvləri vəzifələrindən su-istifadə edərək, külli miqdarda vəsaiti  mənimsəyblər.

Dövlətə vurulmuş ziyanın 783 milyon 586 min dram təşkil etdiyi bildirilir.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi