Modern.az

Obama Hillari Klintonla fəxr edir

Obama Hillari Klintonla fəxr edir

Dünya

9 Noyabr 2016, 23:52

ABŞ prezidenti Barak Obama Hillari Klintonun seçkilərdəki məğlubiyyətinə münasibət bildirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Barak Obama  Ağ Evdəki çıxışında bildirib ki, Klintonun namizədliyinin dövlət başçısı postuna irəli sürülməsini və prezident seçkilərində iştirak etməsini tarixi hadisə hesab edir: “Bir gün əvvəl Klintonla danışdım. Mən onunla və Hillari Klintonun dövlət qarşısındakı xidmətləri ilə fəxr edirəm. Hillari Nyu-York ştatından çox gözəl senator və ən yaxşı dövlət katibi olub. Onun prezidentliyə namizədliyi tarixi hadisə oldu və bu, ölkənin bütün qızları üçün siqnal rolunu oynadı". 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI