Modern.az

Moskva və Sankt-Peterburqda terror planlayan dəstə tutuldu

Moskva və Sankt-Peterburqda terror planlayan dəstə tutuldu

Dünya

12 Noyabr 2016, 15:56

Rusiyanın paytaxtı Moskvada və Sankt-Peterburqda diversiya-terror aktları planlayan şəxslər saxlanılıb.

 

Modern.az saytının Rusiya KİV-nə istinadən xəbərinə görə, bu barədə  ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatında bildirilib.

Məlumata görə, terakt törətmək istəyənlər Mərkəzi Asiyadan gələnlər olub.

 

“12 noyabrda Moskvada və Sankt-Peterburqda aparılan istintaq hərəkətləri nəticəsində 10 terrorçu saxlanılıb. Onlardan 4 güclü partlayıcı qurğu aşkar edilərək götürülüb. Saxlanılanlar Rusiyada fəaliyyəti qadağan olunmuş “İslam dövləti” (İŞİD) terror təşkilatı ilə əlaqəlidirlər” – deyə bildirilib.

 

Əməliyyat Rusiya FTX-nin, Daxili İşlər Nazirliyinin, Qırğızıstan və Tacikistan xüsusi xidmət orqanlarının qarşılıqlı dəstəyi ilə keçirilib. 

 

Aqşin Kərimov

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI