Modern.az

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır

21 Aprel 2018, 23:46

Türkiyədə 24 iyunda keçiriləcək növbədənkənar prezident seçilərinə qatılacaq partiyaların siyahısı Yüksək Seçim Kuruluna təqdim edib.

 

Yeni qurulan və Türkiyənin siyasi həyatında bir çox müzakirələrə səbəb olan İyi Partiyanın sözçüsü Altun Çıray siyahıda təmsilçisi olduğu siyasi qrupun da yer aldığını  bildirib.

 

Bununla da günlərdir ki, davam edən müzakirə - İYİ Partiyanın seçkilərə qatılması sualına aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, Türkiyədə seçkilərin keçirilməsinə məsul olan Yüksək Seçim Kurulu ümumilikdə, 9 partiyanın seçkilərdə iştirakına rəsmi icazə verib.

İyi Partiya başqanının müavini bu siyahıda onlara da izn verildiyi üçün ali quruma təşəkürünü bildirib.

 

Qeyd edək ki, bir neçə aydan sonra Türkiyədə növbədənkənar prezident və partlament seçkiləri keçiriləcək. Yeni qurulan İYİ Partiya isə seçkilərdə ilk dəfə iştirak edəcək. Partiaynın başqanı Meral Akşenerdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı