Ermənistanın Eçmiədzin şəhərində qətl hadisəsi baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Yerkrapa” Müharibə Könüllüləri İttifaqının vitse-prezidenti Nver Ovanisyan öldürülüb.
Hadisənin dünən axşam saatlarında bıçaqla törədildiyi bildirilir. Faktla bağlı kütləvi aksiyaların iştirakçılarından biri həbs olunub.