Modern.az

ABŞ Ukraynaya tank əleyhinə raket kompleksləri göndərib

ABŞ Ukraynaya tank əleyhinə raket kompleksləri göndərib

30 Aprel 2018, 18:18

ABŞ Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri göndərib.

 

APA-nın xəbərinə görə, bu barədə “Azadlıq” radiosu ABŞ Dövlət Departamentinə istinadən məlumat verib.  “Silahlar artıq göndərilib”, - deyə Dövlət Departamentinin rəsmi şəxslərindən biri söyləyib. Detallar hələlik məlum deyil.
 

Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ hökuməti Ukraynaya letal (öldürücü) silahlar, o cümlədən "Javelin” tank əleyhinə raket kompleksinin verilməsi barədə qərar qəbul edib. 2018-ci il martın 2-də Dövlət Departamenti Ukraynaya 47 milyon dollar dəyərində 210 ədəd “Javelin” raketi və onlar üçün 47 buraxıcı qurğunun göndərilməsini bəyənib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı