Modern.az

"Tramp Nobel sülh mükafatına layiqdir" - Koreya prezidenti 

"Tramp Nobel sülh mükafatına layiqdir" - Koreya prezidenti 

Dünya

30 Aprel 2018, 21:55

Koreya Respublikasının Prezidenti Mun Ce-in hesab edir ki, amerikalı həmkarı Donald Tramp KXDR-in nüvə proqramını dayandırmaq istiqamətində səylərinə görə Nobel sülh mükafatına layiqdir.

 

Modern.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin ofisinin nümayəndəsi bildirib.

“Prezident Donald Tramp Nobel sülh mükafatını almalıdır. Bizə yalnız sülh lazımdır”, - deyə Mun Ce-in nazirlər kabinetinin iclasının gedişində vurğulayıb.

Xatırladaq ki, ötən həftə ABŞ-ın Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem də “Fox News” telekanalının efirində KXDR-in nüvə proqramını dayandıracağı və Koreya yarımadasında vəziyyətin nizamlanacağı təqdirdə Trampa Nobel sülh mükafatı verilməli olduğunu demişdi.

Aprelin 27-də sərhədyanı Panmuncom məntəqəsində Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında görüş keçirilib. Bu, 10 ildən də artıq bir müddət ərzində Cənubla Şimal arasında yüksək səviyyəli ilk görüş olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı