Modern.az

Rusiyada ticarət mərkəzində yanğın: 200 nəfər təxliyə edildi

Rusiyada ticarət mərkəzində yanğın: 200 nəfər təxliyə edildi

5 May 2018, 22:16

Rusiyanın İvanovka şəhərində yerləşən “Avrolənd” ticarət mərkəzində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, yanğına görə binadakı 200 nəfər təxliyə edilib. Əraziyə 50 yanğınsöndürən cəlb edilib. Yanğında ölənlərin olub-olmaması barədə hələlik heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, mart ayında Rusiyanın Kemerovo bölgəsində “Qış albalısı” ticarət-əyləncə mərkəzində baş verən yanğın zamanı 64 nəfər dünyasını dəyişmişdi.(axar.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı