Modern.az

Türkiyədə sərnişinlər yanan təyyarədən təxliyyə edildi

Türkiyədə sərnişinlər yanan təyyarədən təxliyyə edildi

6 May 2018, 23:17

Türkiyənin Ərzurum şəhərindəki hava limanında “Anadolujet” şirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikində yanğın olub.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə təyyarənin uçuşa hazırlaşdığı zaman baş verib.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və yarana biləcək təhlükə aradan qaldırılıb.

 

Təyyarənin sərnişinləri təxliyyə olunub.

 

Hava gəmisi Ərzurum-İstanbul marşrutu ilə uçuşa hazırlaşırmış.

 

Yanğına benzin sızmasının səbəb olduğu deyilir. 

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı