Modern.az

Yaponiyada robotların xidmət göstərdiyi otellərin sayı artır

Yaponiyada robotların xidmət göstərdiyi otellərin sayı artır

Dünya

7 May 2018, 00:48

Yaponiyada müasir texnologiyalarla, o cümlədən robotlarla təchiz edilən otellərin sayı artır.

 

Modern.az  xəbər verir ki, otellərdəki robotlar yapon dilini bilməyən əcnəbi turistlərə müxtəlif xidmətlər göstərirlər. Xüsusən paytaxt Tokioda üstünlük təşkil edən belə otellərdə humanoid-robotlar qonaqları salamlayaraq, onlara qeydiyyatdan keçmək üçün yardımlarını təklif edirlər. Bu robotlar ingilis, Çin və Koreya dillərində xidmət göstərirlər.

 

Yaponiyanın aparıcı turizm agentlikləri belə robotların xidmət etdiyi otellərin sayını artırmağa çalışırlar. Bir çox otellərdə robotlardan otaqların yığışdırılmasında da istifadə olunur.

 

Agentliyin nümayəndələrinin bildirdiklərinə görə, sürətli inkişafda olan otelçilik biznesində robotlardan istifadə bu sahədə işçi qüvvəsinin çatışmazlığını aradan qaldırmağa yardım edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı