ABŞ-ın F-22 qırıcıları Rusiyanın TU-95 strateji qırıcılarını Alyaska sahillərində qeydə alıb.
Modern.az xəbər verir ki, bu haqda CNN telekanalı Şimali Amerikanın Birləşmiş Aerokosmik Komandanlığına (NORAD) istinadən məlumat yayıb.
“Alyaskada yerləşən iki ədəd F-22 NORAD qırıcıları iki Rusiya TU-95 “Medved” uzaqmənzilli bombardmançılarını Alyaskanın qərb sahilləri ətrafında, ABŞ Hava Hücumundan Müdafiə Qurğularının atış məsafəsində uçuşunu qeydiyyata alıb” – CNN kanalı komandanlıqdan sitat gətirib.
Bəyanatda həmçinin qeyd edilib ki, bombardmançı təyyarələr ABŞ-ın hava sərhədlərini pozmayıb.
Əvəz ZEYNALOV