Modern.az

Ərdoğandan BMT-yə irad: "Ədalət tələb edirik"

Ərdoğandan BMT-yə irad: "Ədalət tələb edirik"

Dünya

12 May 2018, 21:00

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan  BMT Təhlükəsizlik Şurasında heç bir müsəlman dövlətin təmsil olunmamasını ədalətsizlik adlandırıb.

 

Modern.az  xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

"Biz ədalət tələb edirik. Axı BMT-nin yaradılmasının təşəbbüsü əsasında qlobal ədalətin təmin edilməsi ideyası dayanıb. Biz ədalət tələb edirik", - deyə Türkiyə prezidenti bildirib.

 

Onun sözlərinə görə, 196 ölkənin hər biri BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiqdir.

 

"Əgər Təhlükəsizlik Şurasındakı 20 dövlətin hər biri yenidən seçilsəydi, ədalət olardı", - deyə o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı