Modern.az

Türkiyədə iki təyyarə toqquşdu

Türkiyədə iki təyyarə toqquşdu

Dünya

13 May 2018, 23:10

Türkiyənin Atatürk hava limanında “Airbus 721” tipli təyyarənin quyruğuna Cənubi Koreyanın “Air Asiana” şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.

Modern.az türk mediasına  istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hər iki təyyarəyə ziyan dəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı