Modern.az

İraqda nümayişçilər güllələndi

İraqda nümayişçilər güllələndi

7 Dekabr 2019, 00:14

İraqın paytaxtı Bağdadda naməlum şəxslər tərəfindən nümayişçilərə atəş açılması nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb.

Modern.az  xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Bildirilib ki, şəhərin Sinek körpüsü adlanan hissəsində, 7 mərtəbəli avtomobil dayanacağı anidən atəşə tutulub.

Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxslər nömrəsiz avtomobillərdə olub.

İraqın hökumət orqanları məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi