Dünya ölkələrində silahlı qüvvələrdə hərbi xidmət müddəti müxtəlidir. Ərazi münaqişəsi olmayan ölkələrdə adətən, məcburi hərbi xidmət sistemi olmur.
Məsələn, Avstraliya hələ 1972-ci ildə hərbi xidmətə məcburi çağırış ləğv olunub. Analoji addımı Belçika 1994-cü ildə Belçika, 1996-cı ildə Fransa, 1999-cu ildə Venesuela, 2001-ci ildə İspaniya, 2004-cü ildə Çexiya, 2005-ci ildə İtaliya, 2006-cı ildə Çexiya, Rumıniya, Slovakiya, Çernoqoriya, 2007-ci ildə Bolqarıstan, Latviya, 2008-ci ildə Xorvatiya, 2010-cu ildə Albaniya, Polşa, 2011-ci ildə Almaniya, Serbiya ləğv edib.
Modern.az dünyanın ayrı-ayrı ölkələrində hərbi xidmət müddəti barədə yazını təqdim edir.
Azərbaycan. Azərbaycanda hərbi xidmət 18 yaşından 35 yaşadək kişilərə şamil edilir. Adətən, ümumi təhsil müddəti 18 ay, ali təhsil müəssisələrini bitirənlər isə 12 ay əsgərlik çəkir.
Ermənistanda 18-27 yaş arasında kişilər məcburi hərbi çağırışa cəlb edilir. Onların xidmət müddəti 2 il təşkil edir.
Gürcüstanda da 18-27 yaş arasında gənclər əsgərliyə cəlb olunur. Çağırışçılar 12 müddətində xidmət keçir.
İranda 19 yaşı tamam olan hər kəs əsgərliyə cəlb olunur. Hərbi xidmət müddəti 18 ay çəkir. Amma orduya kön üllü qəbul 16 yaşdan başlayır. Bu zaman yeniyetmələr “Bəsic” adlanan yarımhərbi birləşmədə xidmət keçə bilər.
Türkiyədə çağırışçılar əsgərliyə 21 yaşında aparılırlar. Məcburi hərbi xidmət 12 ay, ali təhsillilər üçün isə 6 ay təşkil edir. Amma 27 yaşına qədər ölkə sakinləri 18 min lirə qarşılığında (bədəlli əsgərlik) hərbi xidmətə getməmək hüququ qazanır.
Dünyanın ən hərbiləşmiş ölkələrindən biri hesab edilən İsraildə hərbi xidmət məcburiyyəti həm kişi, həm də qadınlara aid edilir. Kişilər üçün hərbi xidmət müddəti 3 il, qadnılar üçün isə 2 il təşkil edir.
Dünyada ən uzun əsgərlik müddəti Şimali Koreyada həyata keçirilir. 25 milyon sakini olan sosialist ölkəsində 7 milyon hərbçi var. Hərbi xidmət müddəti quru qoşunları Quru Qoşunlarında 5-12 il, Hava Hücumundan Müdafiə Qoşunlarında 3-4 il, Hərbi Dəniz Qüvvələrində 5-10 il təşkil edir.
Tədricən məcburi əsgərliyi müqavilə əsasında Rusiyada 18-27 yaş arası kişilər əsgərliyə getməlidir. Ali təhsillilər 12 ay, ali təhsil haqqında diplomu olmayanlar isə 18 ay əsgərlik çəkirlər.
Avstriyada da məcburi əsgərlik sistemi mövcudluğunu saxlayır. Ölkədə xidmət cəmi 6 ay davam edir.
Cənubi-Şərqi Asiya ölkələrindən Tailandda quru qoşunlarında 2 il və 3 il isə hərbi dəniz qüvvələrinin payına düşür.
Daha bir gərginlik ocağı sayılan Cənubi Koreyada 1 il 9 ay dəniz piyadaları, 1 il 11 ay hərbi dəniz donanması və 2 il isə hərbi hava hava qüvvələrində xidmətə ayrılıb.
Polşada hərbi xidmət 10 ay çəkir. Universitet məzunları üçün bu müddət 3 ay təşkil edir. 1998-ci ildən alternativ xidmət statusu qanuniləşdirilib. Alternativ xidmət müddəti 18 ay, universitet məzunları üçün isə 6 aydır.