Modern.az

Putinin deputat dostu Ukraynada saxlanıldı FOTO

Putinin deputat dostu Ukraynada saxlanıldı - FOTO

12 Aprel 2022, 22:42

Ukraynanın rusyönümlü “Həyat uğrunda Müxalifət Platformu” partiyasının rəsmisi, deputat Viktor Medvedçuk saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat yayıb.

 

O, Medvedçukun Ukrayna Təhlükəsizlik Xidmətinin köməyi ilə ələ keçirildiyini bildirib. Zelenski əlavə məlumat verəcəyini deyib.

 

Qeyd edək ki, Viktor Medvedçuk Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri hesab olunur.

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək