Modern.az

Rusiyanın “analoqu olmayan” raketi sınaqdan KEÇİRİLDİ

Rusiyanın “analoqu olmayan” raketi sınaqdan KEÇİRİLDİ

20 Aprel 2022, 18:40

Rusiya ordusu “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Raketin buraxılışı Plesetsk kosmodromunda baş verib. Nazirlik bildirib ki, "Sarmat"ın buraxılması dövlət sınaqları proqramında bir ilkdir.

 

“Sarmat”ın uçuşunun bütün mərhələlərində dizayn xüsusiyyətləri təsdiqlənib, təlim döyüş başlıqları Kamçatkanın müəyyən ərazisinə düşüb.

 

Rusiya Prezidenti Vladimir Putin dünyada analoqu olmayan "Sarmat" raketinin uğurlu sınağı münasibətilə hərbçiləri təbrik edib. Putin deyib ki, “Sarmat” raket sistemi Rusiyanın təhlükəsizliyini təmin edəcək, ölkəni təhdid etməyə çalışanları düşündürəcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək