ABŞ HIMARS raket sistemlərinin ilk partiyasını Ukraynaya təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat yayıb.
"Amerikalı həmkarım və dostum müdafiə naziri Lloyd Ostinə bu güclü silahlara görə təşəkkür edirəm. Yay Rusiya işğalçıları üçün isti keçəcək", - Reznikov özünün sosial media hesabında yazıb.
Qeyd edək ki, ABŞ Ukraynaya 80 kilometr uzaqlıqdakı hədəfləri vura bilən dörd ədəd HIMARS raket sistemləri və dəqiq idarə olunan sursatlar göndərəcək.
Akif İsmayılov