Ukrayna ordusu döyüşlərdə daha 100-dək rusiyalı hərbçini məhv edib. Ümumilikdə, bütün genişmiqyaslı təcavüz dövründə Rusiyanın itkiləri təxminən 34.530 nəfər təşkil edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının iyunun 24-də səhər saatlarına olan yenilənmiş məlumatında deyilir.
Ukrayna Silahlı Qüvvələri ötən gün ərzində üç tank, bir reaktiv yaylım atəş sistemi, üç artilleriya sistemi, iki PUA, 5 nəqliyyat vasitəsi və yük maşını məhv edib.
Baş Qərargah Rusiyanın itkilərini belə komplektləşdirib:
34.530 nəfər hərbçi;
1507 ədəd tank;
3637 ədəd zirehli döyüş maşını;
759 ədəd artilleriya sistemi;
241 ədəd reaktiv yaylım atəşi sistemi;
99 ədəd hava hücumundan müdafiə sistemi;
216 ədəd təyyarə;
183 ədəd helikopter;
622 ədəd pilotsuz uçuş aparatı;
137 ədəd qanadlı raket;
14 ədəd gəmi/qayıq;
2553 ədəd avtomobil avadanlığı və yük maşını;
60 ədəd xüsusi texnika.