Modern.az

Danışıqlar niyə Türkiyə və Ermənistanda olmasın? 

Danışıqlar niyə Türkiyə və Ermənistanda olmasın? 

Dünya

4 İyul 2022, 15:56

"Can Azərbaycanla hər mərhələdə məsləhətləşirik".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. XİN rəhbəri xatırladıb ki, indiyədək Vyana Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrin üç görüşünə ev sahibliyi edib.

 

"Bunun üçün Avstriyaya minnətdarıq. Amma bundan sonrakı müzakirələr niyə Türkiyədə və ya Ermənistanda olmasın? Artıq xüsusi nümayəndələr heç bir vasitəçi olmadan müzakirələr apara bilirlər. Etimad yaradan bəzi addımlar atılıb. Azərbaycanla Ermənistan arasında normallaşmanı dəstəkləyirik. Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sabitlik üçün birgə çalışmalıyıq. Buna ən çox mane olan Ermənistana təzyiqdir”, - Çavuşoğlu vurğulayıb.

 

Qeyd edək ki, iyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç ilə Ruben Rubinyan arasında növbəti görüş baş tutub. Xüsusi nümayəndələrin görüşü zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına razılıq verilib. 

 

Həmçinin oxuyun:

Azərbaycan Türkiyə-Ermənistan sərhədinin açılmasına RAZILIQ VERİB

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI