Modern.az

Rus alim vətənə xəyanət ittihamı ilə TUTULDU

Rus alim vətənə xəyanət ittihamı ilə TUTULDU

Dünya

6 Avqust 2022, 17:46

Rusiyada alim Andrey Şipilyuk vətənə xəyanət ittihamı ilə saxlanılıb. 

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir  ki, Rusiya Elmlər Akademiyasının Nəzəri və Tətbiqi Mexanika İnstitutunun direktoru olan Şipilyuk bu yay xəyanət ittihamı ilə həbs edilən üçüncü rusiyalı alimdir.

 

Rusiyanın hipersəs raket sistemlərinin inkişafı ilə bağlı araşdırmaları koordinasiya edən məşhur fizik Şipilyukun saxlanması ölkədə böyük müzakirələrə səbəb olub.

 

Raket proqramının baş tədqiqatçısı Anatoli Moslov bundan əvvəl hipersəs raketləri haqqında məxfi məlumatları başqa ölkələrə ötürməkdə ittiham edilərək iyunun 27-də həbs edilib. Tədqiqatçı Dimitri Kolker də Çin kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə həbs olunub və həbsxanada xərçəng xəstəliyindən dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi