Modern.az

Quranı yandırmaq İsveçə baha başa gəldi

Quranı yandırmaq İsveçə baha başa gəldi

Dünya

15 Avqust 2022, 17:54

Danimarkanın ifrat sağçı Sıx İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludanın Qurani-Kərimi yandırmaq kampaniyası İsveç dövlətinə baha başa gəlib. 

 

Modern.az xəbər verir ki, təxribatlar İsveçi 43 milyon kron xərcə salıb.

 

Buna səbəb Paludanın təxribat xarakterli kampaniyası çərçivəsində baş verən hadisələr, iş normasının pozulması və əlavə polis təyinatı olub.

 

Gələcək seçkilərdə iştirak etmək fikrində olduğunu deyən Rasmus Paludan son 10 gündür İsveçin müxtəlif yerlərində Quran kitabını yandırmaqla məşğuldur. Xüsusilə, türk və müsəlman məhəllələrini seçən Paludan məscidlərin qarşısında ciddi polis mühafizəsi altında Quranı yandırmaqla yanaşı, İslam peyğəmbəri Məhəmməd peyğəmbəri təhqir edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi